Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Bəşir İsmayılovun sədrliyi ilə keçirilən proses başa çatıb
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qənoyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bəşir İsmayılov 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini Bəşir İsmayılov həmyerlisi Elçin Cəbrayıllıdan 66 min manat alaraq, onu akademiyalardan birinə işə düzəldəcəyini vəd edib. Lakin şübhəli Elçin Cəbrayıllını aldadıb.
Saxlanılan şəxs ətrafında aparılan araşdırma zamanı müəyyən edilib ki, o, bundan başqa, Nadir Əliyevdən 200 min dollar, Vüqar Abbasovdan 2400 manat, Bəhram Şahverdiyevdən 50 min manat, Azad Hüseynovdan 4 min manat, Əmrah Kərimovdan isə 8900 manat alıb. Bəşir İsmayılov həmin şəxsləri dövlət idarələrində yüksək vəzifələrə düzəldəcəyi vədi ilə aldadıb. Onun mənimsədiyi pulların ümumi məbləği 331 min 300 manatdır.
Hacı Zeynalov