Bakının Nərimanov rayonunda kafelərdən oğurluq edən iki qardaş yaxalanıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü Yusif Gülmirzə oğlu Nəzərov və qardaşı 1991-ci il təvəllüdlü Cavid tutulub.
Onlar aprelin 14-də Bakı şəhər sakinləri Anar Səfərəliyevə məxsus, Mayakovski küçəsində yerləşən kafedən, hasardan keçməklə 25 ədəd stul, aprelin 18-də isə Misir Əliyevə məxsus, Heydər Əliyev prospektində yerləşən kafedən, qapını açar seçmə yolu ilə açmaqla tütün məmulatları, 150 manat və posterminal oğurlayıblar.
Hacı Zeynalov