Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, aprelin 28-də saat 12-13 radələrində İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 8000 manat oğurlanıb.
Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, həmin ünvanda yaşayan oğlu - 1991-ci il təvəllüdlü Vüsal İqbal oğlu Həmidov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Hacı Zeynalov