Bakının Nizami rayonunda quldurluq edən iki dost həbs edilib.
Bu barədə Teleqraf.com-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, soyğunçuluq hadisəsi mayın 1-də metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Vüsal Şahbazovun 493 manatını və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.
24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Lətifov və Elvin Ağaverdiyev həbs edilib. Onların həmin gün Masallı rayon sakini Hüseyn Əhmədzadənin 200 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov