Balakən Gömrük İdarəsinin əməkdaşları ölkəyə qeyri-qanuni yolla mobil telefonların keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gürcüstan istiqamətindən “Маzımçay” gömrük postuna daxil olan Azərbaycan Respublikasının vətəndaşı Rəhimov Elxan Məhəmməd oğlunun idarə etdiyi “Hyundai accent” markalı, 10-OS-527 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Yoxlama zamanı avtomobilin arxa oturacağının altından, həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Rəsullu Zaur Mehman oğluna məxsus, gömrük nəzarətindən gizlədilən 8 ədəd “SONY” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA