Bakı Apelyasiya Məhkəməsində Kənan Hüseynlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabrın 19-da Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Kənan Hüseynli idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “KÖGEL” markalı avtomobilə çırpıb.
Hadisə nəticəsində Kənan Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Kənan Hüseynli apelyasiya şikayəti verib. Onun işinə hakim Həsən Əhmədov baxır.
Hacı Zeynalov