16 İyul 2015 10:59
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada azərbaycanlı qətlə yetirilib. Yalta şəhərindəki “Puşkinski” bazarında ötən gün baş verən hadisədə erməni əsilli şəxs əslən Zərdab rayonundan olan Rahil Əbdülrəhman oğlu Mehdiyevi bıçaqlayıb.

R.Mehdiyev aldığı çoxsaylı bıçaq yarasından hadisə yerindəcə keçinib.



Teleqraf.com-un APA-ya istinadla verdiyi məlumata görə, azərbaycanlı bazarda erməninin öz həmyerlisindən 0,5 kiloqram çiyələk oğurladığını görüb və onu oğurluğa görə məzəmmət etməyə başlayıb.

“Bu səbəbdən onların arasında mübahisə baş verib. Mübahisəyə R.Mehdiyev müdaxilə edib. Ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla silahlanmış üç həmyerlisi ilə dönüb. Onlardan biri dava zamanı bıçağı Rahilin ürəyinə sancıb. Ermənilər hadisə yerindən qaçarkən azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları götürüblər”, deyə hadisə şahidləri bildiriblər. Rahil Mehdiyev aldığı bıçaq yarasından hadisə yerində keçinib.

Hazırda Ukraynada hadisəni törədən şəxslərin tutulması və istintaqa cəlb edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, qətli törədən şəxslərə qarşı 15 il həbs cəzası nəzərdə tutulub.

Xatırladaq ki, bu ermənilərin həmyerlilərimizə qarşı ilk cinayəti deyil. Belə ki, hələ bir neçə ay öncə Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu Emil Hüseynov erməni tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Tiqran adlı erməni Emil Hüseynovu ürəyindən bıçaqlayıb.

Emil Hüseynovu qətlə yetirən erməni Tiqran Çiçəkyan da idmançıdır, əlbəyaxa döyüş üzrə idman ustasıdır və Sverdlovsk yığma komandasının üzvüdür.



Soldan birinci: Emil Hüseynov


Müəllif:

Oxşar xəbərlər