18 İyul 2015 20:21
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə baş verən ağır yol qəzasında qaynata və kürəkəni ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki-Oğuz avtomobil yolunun Şəki rayonu Sarıca kəndi ərazisindən keçən hissəsində baş verib.


Oğuz rayonu Top kənd sakini, 1958-ci il təvəllüdlü Saməddin Kamaləddin oğlu Balaağayev idarə etdiyi "VAZ 2106" markalı 10-BX-809 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevirdən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində sürücü Saməddin Balaağayev və avtomobildə olan sərnişin, sürücünün qızının həyat yoldaşı, Bakı şəhəri Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbə sakini 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Saməddin Balaağayevin cəsədini çıxarmaq üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.


Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər