Göyçayda bədbəxt hadisə baş verib.
Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 26-da rayonun Qaraməryəm kəndində yaşayan 2004-cü il təvəllüdlü Tahirə Sadıqova evində su qızdırıcısı ilə ehtiyatsız davrandığından elektrik cərəyanı vurması nəticəsində ölüb.
Digər bir bədbəxt hadisə isə Qazaxda olub.
İyulun 26-da rayonun Qarapapaq kəndində 75 yaşlı Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılıb.
T.Babayevanın meyiti Ağstafanın Dağ Kəsəmən kəndində sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.