Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Elektrik Şəbəkəsinin işçisi Malik Quliyev rayonun Novo-Saratovka kəndində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində xəstəxanaya yerləşdirilib və avqustun 13-də orada ölüb.
Oxşar hadisə Abşeron rayonunda da baş verib. Ceyranbatan qəsəbəsində yaşayan Rövşən Adıgözəlov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hacı Zeynalov