Bakının Sabunçu rayonunda bağ evindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi Məhəmmədli qəsəbəsi, yeni yaşayış massivində yerləşən bağ evində qeydə alınıb.
Bağ sahibi Kəmalə Şərifli Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, bağ evindən 4 min manat dəyərində ev əşyaları oğurlanıb. Oğurluq hadisəsi zamanı ev sahibləri başqa yerdə olublar. Kəmalə Şərifli bağına gələn zaman evin dağınıq olduğunu görüb və evdən oğurluq hadisəsinin baş verdiyini görüb.
Faktla bağlı cinayət işi başlayıb.
Hacı Zeynalov