17 Avqust 2015 15:33
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən 10 nəfər məhkəmə hökmündən narazı qalıblar.

Teleqraf.com xəbər verir ki, Bakı Məhkəməsinin hökmündən narazı qalan Vüqar Dürsunəliyev, onun yetkinlik yaşına çatmayan oğlu Elvin və daha 8 nəfər apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər məhkəmənin hökmünün ədalətsiz olduğunu apelyasiya şikayətində qeyd ediblər və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qədim Babayevin icraatına verilib və məhkəmənin ilkin baxış iclası avqustun 21-nə təyin edilib.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilayət Həsənli 14 il, Vasif Hacıyev 14 il, İlkin Babazadə 14 il, Mehman Balakişiyev 14 il, Malik Musayev 13,5 il, Azər Qəmbərov 13,5 il, Vüsal Bayramov 14 il, Samir Həşimov 14 il, Vüqar Dursunəliyev 15 il, Elvin Dursunəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Elvin Dursunəliyev tərbiyyə müəsisəsində, digər məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəsisəsində cəza çəkəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər