Bakı metrosunda 7 ay əvvəl baş verən soyğunçuluq hadisəsini üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Surac Mənsumzadə və Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ağaxan Xankişiyev tutulublar.
Onlar bu ilin fevralın 18-də metroda Aqil Mazanovun mobil telefonunu soyğunçuluq yolu ilə alıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov