Şəkidə boğulma hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Region TV-yə istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Vərəzət kəndi yaxınlığında yerləşən süni göldə baş verib.
1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğlu göldə boğularaq dünyalarını dəyişiblər.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunması nəticəsində hər iki gəncin cəsədi sudan çıxarılıb. Daha sonra xilasedicilər tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki şəhər bölməsinə gətirilib. Mərhumların cəsədləri ailələrinə təhvil verilib.
Hazırda hadisənin hansı səbəblərdən baş verdiyi araşdırılır.