7 Sentyabr 2015 22:35
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Rüstəmov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə qəsəbə sakini, 1973-cü il təvəllüdlü Reyhan Hüseyn qızı Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən Reyhan Hüseynova orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: