Bakının Binəqədi rayonunda evlərdən oğurluq edən “zek” yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Nuri Behbudov tutulub.
Nuri Behbudov iyunun 6-da Hüsən Əsədova, iyunun 29-da Motodrom yaşayış massivində Sərxan Məmmədova, iyulun 24-də Xocasən qəsəbəsində Asif Hüseynova məxsus evlərdən, pəncərədən daxil olmaqla, 3 min ABŞ dolları, qızıl-zinət əşyaları, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov