Kəngərli rayonunun Qıvraq qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şərur rayon sakini Səxavət Nuriyev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişini, həmyerlisi Elməddin Əhmədov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hacı Zeynalov