Bakının Nərimanov rayonunda dələduzluq faktı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamran Hüseynov dələduzluqla üzləşib.
O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət edərək bildirib ki, Balakən rayon sakini, 1983-cü il təvəllüdlü Anar Hüseynov onun etibarından sui-istifadə edərək 46500 manat dəyərində taxıl alıb.
Anar Hüseynov taxılı aparsa da, pulunu ödəməyib. Bundan sonra Kamran Hüseynov polisə şikayət edib. Kamran Hüseynov paytaxtda bizneslə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov