7 Oktyabr 2015 22:14
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxsin başqa cinayətləri də üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Qazax rayon sakiniləri – 1986-cı il təvəllüdlü Elməddin Bağırov və 1987-ci il təvəllüdlü Elnur Həsənov dələduzluqla üzləşmələri ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət ediblər.

Onlar bildiriblər ki, Qazax rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Dilbazi onların etibarından sui-istifadə edərək pullarını mənimsəyib. Elmir Dilbazi Elməddin Bağırovun 2000, Elnur Həsənovun isə 1270 manatını alıb.

Qeyd edək ki, Elmir Dilbazi Əfqanistan vətəndaşı, 1979-cu il təvəllüdlü Mahammadi Jafar Muhammadi Rza oğluna qarşı dələduzluq edib. O, Əfqanistan vətəndaşının etibarından sui-istifadə edərək, onun 2750 manatını alaraq mənimsəyib.

Bundan başqa, Elmir Dilbazi Türkiyə vətəndaşları – 1946-cı il təvəllüdlü Acımış Necat Abdulazizi oğlundan 450 manat, 1972-ci il təvəllüdlü Çelik Mustafa Ehmed oğlundan 520 manat, 1962-ci il təvəllüdlü Soyğun Nehat Elem oğlundan 1000 manat, 1971-ci il təvəllüdlü Güzelsu Cetin Hüseyn oğlundan 2050 manat, 1960-cı il təvəllüdlü Catunqurd Muhammed Süleyman oğlundan 500 ABŞ dolları alaraq qaytarmayıb.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər