14 Oktyabr 2015 15:29
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qadın döyülüb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Elçin Nuriyev, 1982-ci il təvəllüdlü Teymur Əsgərov və daha bir naməlum şəxs Babək rayon sakini, 1978-ci il təvəllüdlü masajçı Zülfiyyə Babayevanın Əhmədli qəsəbəsində olan evinə gəliblər.

Onlar qadında verdikləri 215 manat borclarını tələb ediblər. Amma qadın onlara borclu olmadığını bildirib. Bu zaman həmin oğlanlar Zülfiyyə Babayevanı zorla evindən çıxararaq, gəldikləri avtomobilə mindirib və Bülbül prospektində işlətdikləri “Bakı gecələri” kafesinə gətiriblər.

Həmin şəxslər orada qadından borcu verməsini tələb ediblər. Lakin Zülfiyyə Babayeva yenə də onlara borclu olmadığını bildirib və tələb olunan pulu qaytarmaqdan imtina edib. Buna görə də onlar qadını kafedə bir gün girov saxlayıblar.

Bundan sonra Zülfiyyə Babayeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə ilə bağlı məlumat verib. Məlumat əsasında, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırma aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər