Türkiyədə xanımından bezən ər onu bıçaqlayaraq öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Əskişəhərdə baş verib. Həbsxanada mühafizəçi işləyən 51 yaşlı Əli K. xanımı 51 yaşlı Fatma K.-nı qətlə yetirib. Daha sonra o, polisə zəng edərək "Xanımımı öldürdüm, gəlin məni aparın" deyib. Cütlüyün 14 yaşlı qızı F.N.K hadisə zamanı evdə olub. Səsə gələn uşağın anasını qanlar içində gördüyü və psixoloji travma aldığı qeyd edilib.
Hadisə yerinə gələn polis və təcili tibbi yardım xidmətinin əməkdaşları qadının bıçaq zərbələrindən öldüyünü müəyyən edib.
Həbs edilən Əli K. polisə verdiyi ilkin ifadəsində " Bezdirmişdi məni" deyib. Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm