20 Oktyabr 2015 12:31
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il Xalidə İsgəndoravının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisə bu ilin sentyabrın 1-də, Babək prospekti ev 17-də baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Qeyd edək ki, sentyabr ayının 1-də Füzuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb. Bununla yanaşı, qətlin digər təfərrüatları da məlum olub. İlkin məlumata görə, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verib.

Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Söhbət zamanı qadın, cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.

Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Xatırladaq ki, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edib.

Hakim Əfqan Hacıyevin sərdliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfinin vəkilləri cinayət işinin materialları ilə tanış olmadıqlarına görə məhkəmədən vaxt istəyiblər. Məhkəmənin hazırlıq iclası noyabrın 2- də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər