Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, Füzuli Rayon sakini, 1967-ci il təvəllüdlü Arif Məhərrəmov Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.
O, qeyd edib ki, 2014-cü ilin fevral ayında Quba rayon sakini, 1980-ci il təvəllüdlü Mahir Əliyev onun etibarından sui-istifadə edərək 51 min manatını alaraq mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov