Bakının Binəqədi rayonunda avtoyuma məntəqəsində cinayət törədilib.
Teleqraf.com xəbər verir ki, M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Ulduz Aslanovaya məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi İdarəsi əməkdaşlrı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil 28 May küçəsində saxlanılıb və onu idarə edən avtoyuma məntəqəsinin işçisi, Quba rayon sakini Sabir Orucov ilə birgə 7-ci polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov