Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində narkotik alverçisi də yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Asif Mayılov Bilgəh-Nardaran yolunda qurulmuş postda saxlanılıb.
Onun üzərindən 5,25 qram narkotik vasitə hesab olunan marixuana aşkar edilərək götürülüb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gətirilib.
Bölmədə dindirilmə zamanı Asif Mayılov bildirib ki, narkotik vasitəni Lənkəran rayon sakini, 1980-ci il təvəllüdlü İsgəndər Müzəffərli və 1990-cı il təvəllüdlü Cəmil Atakişiyevdən aldığını bildirib.
Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində İsgəndər Müzəffərli və Cəmil Atakişiyev də həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov