3 Dekabr 2015 15:03
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərində yaşayış evinə basqın edənlər zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Fərzalı Hacıyevin evinə girmiş 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döyüb, bıçaqla hədələyib oradan 100 manat və qızıl əşyalar aparıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb.

S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: