18 Dekabr 2015 15:17
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dələduzluq faktı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ramin Əliyev Binəqədi Rayon Prokurorluğuna müraciət edərək, dələduzluqla üzləşdiyini bildirib.

Ramin Əliyev bildirib ki, 2012-ci ilin mayında Bakı şəhər sakini Zöhrab İsmayıl oğlu Baloğlanov onun etibarından sui-istifadə edərək, 11 min 500 manatını alaraq qaytarmayıb.

Prokurorluq dələduzluq faktı üzrə şikayəti araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə göndərib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər