Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zümrüd Adilovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zümrüd Adilova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin iyulun 18-də Elyanə Mehdiyevanın çantasından 150 manat oğurlanıb. Sumqayıt şəhər polis əməkdaşları tərəfindən cinayəti törədən Zümrüd Adilova tutulub.
Hacı Zeynalov