23 Dekabr 2015 17:02
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda Namiq Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı Fatma Şəfiyevanı bıçaqlayıb. Fatma Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Namiq Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisində çəkməsi barədə qərar qəbul edib.

Hökmdən narazı qalan Namiq Məmmədov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək Namiq Məmmədova daha ağır cəza, ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini tələb edib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Namiq Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasının ilk 2 ilini həbsxanada çəkməsi barədə qərarı ləğv edib. Belə qərara gəlinib ki, Namiq Məmmədova təyin eidlmiş cəza əvvəldən-axıradək ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər