24 Dekabr 2015 15:59
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşa qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun R.Behbudov küçəsi, ev 71 ünvanını qarşısında qeydə alınıb.
Həmin ünvanda yerləşən 41 saylı mənzildə kirayədə yaşayan Böyük Britaniya vətəndaşı, 1982-ci il təvəllüdlü Tameja Amit Prodepə məxsus velosiped oğurlanıb.

Qeyd edək ki, Böyük Britaniya vətəndaşı paytaxtda yerləşən “JV Absheron” hotelində menecer işləyir.

Hazırda əcnəbinin velosipedini oğurlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülür.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər