27 Dekabr 2015 01:17
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə sürücünün xəsarəti ilə nəticələn yol qəzası baş verib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Çinarlı kəndində sürücü tŞəmkir rayon sakini 36 yaşlı Ruslan Abbasov idarə etdiyi avtomobilin idarəetməsini itirib və qəza törədib.

Nəticədə adıçəkilən şəxs ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatalogiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır olduğu üçün o reanimasiyan şöbəsinə aparılıb. Həkimlər xəstənin çoxlu qan itirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: