Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə fevralın 2-də, gecə saat 01 radələrində Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini Əyyam Şəkərəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov