Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda 16 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Qaşqay Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü O.İ. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək zorlandığını bildirib. O, qeyd edib ki, Rəhbər adlı şəxs mütəmadi olaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Polis apardığı araşdırma zamanı müəyyən edib ki, O.İ. ilə qeyri-təbii yolla cinsi əlaqədə olan Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Qaşqay Dədəbəy oğlu Ağayevdir.
Qaşqay Ağayev Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda kirayədə yaşayırmış. O, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qaşqay Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov