Bakının Səbail rayonunda soyğunçuluq edən şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, iki nəfər naməlum şəxs Bakı şəhər sakini Kamran Ələkbərova qarşı soyğunçuluq edib.
Onlar Kamran Ələkbərovun pulunu alaraq hadisə yerindən qaçıblar. Kamran Ələkbərov soyğunçuluqla üzşəməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Novruz Əkbərov və Emin Allahverdiyev tutulublar.
Hacı Zeynalov