Bakının Binəqədi rayonunda əcnəbi vətəndaşın avtomobilindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ə.Naxçıvani küçəsi, 24 ünvanını qarşısında baş verib.
Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Kahraman Süleyman oğlu Seyfudara məxsus “Toyota-Prado” markalı avtomobildən naməlum şəxs oğurluq edib. Naməlum şəxs avtomobilin şüşəsini sındıraraq, noutbuk oğurlayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov