Bakının Qaradağ rayonunda dələduzluq edən qadın həbs edilib.
Teleqraf.com Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il tarixdə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139000 manat pul alması müəyyən edilib.
Hacı Zeynalov