Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda piyada vurulub.
APA –nın şimal bürosunun məlumatına görə, yolun Şabran rayonu ərazisindən keçən hissəsində Xaçmaz rayon sakini, 1965-ci il təvəllüdlü, İsmayılov Şamil Xasay oğlu idarə etdiyi “VAZ-21043” markal, 27 BX 346 dövlət nömrə nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, Rusiya Federasiyası Amur vilayəti, Tambov rayonu Kosmodemyanovka kəndi Pioner küçəsi ev 37-də yaşayan, 2009-cu il təvəllüdlü Mirzəyev Rüstəm Mirzə oğlunu vurub.
R.Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.