Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iki yaralı gətirilib.
Yaralıların ata ilə oğul olduğu ortaya çıxıb.
Xəstəxanadan verilən məlumata görə, Daşkəsən rayon Bayan kənd sakini 60 yaşlı Tariyel Abbasovla oğlu 29 yaşlı Nuru Bayramov arasında mübahisə davaya çevrilib. Onlar bir-birlərinə xəsarətlər yetiriblər. Tariyel Abbasova bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları, gəncə isə gicgah nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hər iki şəxsə tibb yardım göstərilib, vəziyyətləri normal qiymətləndirilir.