Bakının Nizami rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Yusif Yusubov, paytaxt sakinləri Zəki İsmayılov və qardaşı Pərviz tutulublar.
Onlar martın 31-də rayonun N.Abdullayev küçəsində Bakı şəhər sakini Mikayıl Xəlilova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstəriblər.
Ətraflarında aparılmış əməliyyat tədbirlərilə onların martın 4-də Hümbət Hümbətova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaları və martın 28-də daha bir avtomobildən 4 ədəd səsgücləndirici oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov