Samuxda döyülmə faktı qeydə alınıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə rayonun Qarayeri qəsəbə sakini, 1961-ci il təvəllüdlü Bəhruz Vəliyev alt çənə sümüyünün qırığı və bədənin müxtəlif hissələrinin xəsarəti əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. B. Vəliyevin hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələ ki, məlum deyil.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.