11 Aprel 2016 13:46
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda iki əmioğlu soyğunçuluq cinayəti törədiblər.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb.

Şamaxı rayon sakinləri Natiq İbadov və əmisi oğlu Orxan İbadov Bakı şəhər sakini Emin Fərzəliyevə qarşı cinayət törədiblər. Onlar Emin Fərzəliyevin pulunu və mobil telefonunu alaraq hadisə yerindən qaçmaq istəyiblər. Bu zaman ərazidə olan 41-ci polis bölməsinin əməkdaşları Natiq və orxan İbadovları saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər