18 Aprel 2016 13:27
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Valeh Vəliyevin idarə etdiyi “Hyundai” avtobus və Qobustan rayon sakini Elman Əhmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillərin toqquşub.

Nəticədə “Hyundai” markalı avtomobil aşıb, “KamAZ” markalı avtomobil Abşeron rayon sakini Adil Cəlladovun idarə etdiyi “VAZ-21214” markalı avtomobilə dəyib. V.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: