Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun F.Bayramov küçəsində yerləşən avtoyuma məntəqələrindən birində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Əsgərov münaqişə zəminində avtoyuma məntəqəsində işləyən Goranboy rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Nəcəfovu kürək və qarın nahiyəsindən bıçaqlayıb. Hadisə onların arasında yaranan pul borcu mübahisəsi üstündə baş verib.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Natiq Əsgərov tutulub.
Hacı Zeynalov