21 Aprel 2016 18:57
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda evdən meyit aşkar olunub.

Teleqraf.com xəbər verir ki, meyit rayonun Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 35, mənzil 101 ünvanında tapılıb.

Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Aydın Yusifovun meyiti yaşadığı evdən aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. Aydın Yusifovun meyiti müayinə olunub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: