27 Aprel 2016 13:46
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Neftçala rayon sakinləri Elnur və Seymur Səfərov qardaşları, eləcə də Zaqatala rayon sakini İntiqam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, dəstə üzvləri bu ilin yanvarın 4-də paytaxt sakini İlham Ağayevin 700 manatını alıblar. Onlar Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunublar.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

İntiqam Hacıyev 9 il 6 ay, Seymur Səfərov və Elnur Səfərovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər