Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsi, Vidadi küçəsi, ev 3 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1965-ci il təvəllüdlü Əmirhüseyn Xalıqov iplə özünü evin tavanından asaraq öldürüb.
Əmirhüseyn Xalıqovun asılmış meyitini ailə üzvləri aşkarlayıb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov