Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
APA-nın məlumatına görə, hadisə Şıxəli Qurbanov küçəsində, Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Veysəlov Kərəm Nazim oğlu əlil arabasında yolu keçməyək istəyən zamanı onu Rauf Tağıyevin idarə etdiyi "Nissan" markalı maşın vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan piyada çağırılan təcili yardım maşını ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəni törədən sürücü əraziyə gələn polislər tərəfindən saxlanılıb.
Sürücü ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin 20 metr yaxınlığında qeydə alınıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.