Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Salyan sossesi 12 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən şirkətlərdən birində mühafizəçi işləyən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Namiq Heybətov özünü şirkətin həyətində asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov