Bakının Nəsimi rayonunda şirkətdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 9-da Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus “Geeta Pharma” MMC-dən 5000 manat pul və məişət əşyaları oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Tovuz rayon sakini Tural Əhmədov tutulub.
Hacı Zeynalov