Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir şəhər sakini, 1999-cu il təvəllüdlü Ənvərli Kamal Eynur oğlu döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, K. Ənvərlini xəstəxanaya yoldaşları gətirib və onun yolda bir neçə nəfərin dalaşması zamanı bıçaqlandığını bildiriblər.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.